Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Moskvada Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin yaranmasının 15 illiyi qeyd edilib

Moskvada Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin yaranmasının 15 illiyi qeyd edilib
REKLAM ALANI
24.04.2024
A+
A-

Moskvada Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin yaranmasının 15 illiyi qeyd edilib

2024

 

 

 

Moskvada Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin yaranmasının 15 illiyi qeyd edilib
Moskva Dövlət Linqvistika Universitetində Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin yaranmasının 15 illiyinə həsr olunmuş “Rusiya-Azərbaycan: Dillər və Mədəniyyətlərin Dialoqu” adlı təntənəli tədbir keçirilib.

Tədbir MDLU və Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil olunub.

Tədbiri giriş sözü ilə açan MDLU-nun rektoru İrina Arkadyevna Kraeva mərkəzin yaranma tarixi və fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. O, Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinə son illərdə Bella Musayeva, Zemfira Rüstəmova, Leyla İsmayılovanın uğurla rəhbərlik etdiyini xatırladıb.

Sonra deputat Nemətov İlxom Tuyçieviç çıxış edərək MDB-nin icraçı katibi Sergey Nikolayeviç Lebedevin salamını çatdırıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin humanitar siyasət şöbəsinin müdiri Tamilla Əhmədova, Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov, Bakı Slavyan Universitetinin professoru Şərqiyyə Həsənova, Bakı Slavyan Universitetinin professoru, MDLU-nun fəxri professoru, Mərkəzin birinci rəhbəri Bella Musayeva çıxışlarında yubiley münasibətilə mərkəzə ünvanlanan təbrikləri çatdırıblar.

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov universitetin rektoru İrina Arkadyevna Krayevaya göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib. Universitetin rektoruna Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin fəaliyyətinə verdiyi dəstəyə, Azərbaycan mədəni irsinin təbliğinə verdiyi töhfəyə görə “Təşəkkürnamə ” təqdim edilib.

Proqramın bədii hissəsində mahnılar və rəqslər təqdim edilib, Azərbaycan dili fakültəsinin 1-ci kurs tələbələri “Qaynana” komediyasından səhnələr oynayıblar.

 

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/moskvada-azerbaycan-dili-ve-edebiyyati-merkezinin-yaranmasinin-15-illiyi-qeyd-edilib-4566

 

 

 

 

 

REKLAM ALANI