Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Nəqliyyat və logistika imkanları genişlənir..”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Nəqliyyat və logistika imkanları genişlənir..”, ÖZEL
REKLAM ALANI
17.06.2023
A+
A-

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Nəqliyyat və logistika imkanları genişlənir..”, ÖZEL

Millət vəkili Məşhur Məmmədov,

Yola saldığımız həftə qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri

ilə yadda qaldı. Nəzərə alsaq ki, bu səfər, prezident seçkisindən sonra ilk rəsmi səfər idi, əminliklə demək olar ki, seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın cənab Prezident İlham Əliyevlə görüşü zamanı bir cümləsi xüsusi diqqət çəkdi:”Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir”.
Bugünkü dünyada güc amili ön plana çıxır. Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. İşğaldan azad edilmiş ərazilərdə bizim gücümüzə güc qatan Türkiyə Respublikası ilə imzaladığımız Şuşa Bəyannaməsi oldu. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoydu.

Hazırda qardaş Türkiyə Respublikası ilə əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.

İki ölkə arasında müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir.
Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək.

Ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıb, gələcəkdə daha da artacaq.
Prezident İlham Əliyevin cari ilin 13 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri

ilə əlaqədar bəyanatına dediyi kimi, birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır.
Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.

İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Prezidentlərin görüşü zamanı hər dəfə olduğu kimi, bu dəfə də Zəngəzur dəhlizi məsələsinə toxunuldu. Cənab Prezident İlham Əliyev bir daha qətiyyətlə bildirdi ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı artıracaq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.

Prezidentlərin görüşü zamanı siyasi, iqtisadi məsələlərlə yanaşı birgə təhsil məsələsinin də müzakirə edilməsi təqdirəlayiqdir. Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son mərhələsi aparılır. Yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcək.

Bütün bunlar, ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.

Ülker Piriyeva/ Azerbaycan

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.