Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

“Heydər Əliyev İli” çərçivəsində YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə görüşü keçirilib

“Heydər Əliyev İli” çərçivəsində YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə görüşü keçirilib
REKLAM ALANI
17.02.2023
A+
A-

 

 

Xəbərlər
“Heydər Əliyev İli” çərçivəsində YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə görüşü keçirilib
16 Fevral 2023 16:51

Fevralın 16-da “Heydər Əliyev İli” çərçivəsində Milli Arxiv İdarəsində Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə görüşü keçirilib.

Görüşdə YAP-ın Binəqədi, Qaradağ və Zəngilan rayon təşkilatlarının üzvü olan gənc fəallar iştirak ediblər.

Tədbirdən öncə Milli Arxiv İdarəsinin foyesində ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən foto-sərgiyə baxış keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edib. O qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi ümummilli liderimiz Heydər Əliyevdir. Təşkilat sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Tədbirlər Planı hazırlanıb. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planı hazırlanıb və İdarə Heyətinin qərarı ilə təsdiq edilib. Bu tədbir də həmin plana uyğun olaraq təşkil edilib.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəm dövlətçiliyimizin və xalqımızın intibahında tarixi mərhələləri təşkil edib: “Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanışın yaranması dövrü oldu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı. Dağılmaq ərəfəsində olan Azərbaycan dinamik inkişaf edən bir ölkəyə çevrildi. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna çıxarmaq üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq”.

A.Rəhimzadə qeyd edib ki, bu gün Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir: “Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan gəncliyinə qayğı ilə yanaşıb, gənclərin inkişafını xüsusi diqqət mərkəzində saxlayıb. Gənclərimiz Heydər Əliyevin zəngin irsini dərindən öyrənməli, Ulu Öndərin ideyalarına həmişə sadiq olmalıdırlar”.

 

 

 

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov isə bildirib ki, bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır. E.Məmmədov ulu öndər Heydər Əliyevin hələ sovetlər dövründə Qarabağın inkişafı istiqamətində gördüyü işlərdən danışıb. E.Məmmədov tarixən Qarabağda azərbaycanlıların yaşadığını deyərək sonradan çar Rusiyası və sovet rejimi tərəfindən Xankəndi və ətraf ərazilərə məqsədli şəkildə ermənilərin köçürüldüyünü söyləyib. Onun sözlərinə görə, 1969-cu ilə qədər keçmiş DQMV-də ermənilər söz sahibi idi, azərbaycanlıların hüquqları pozulurdu. Lakin Heydər Əliyev respublikamıza rəhbərliyə gəldikdən sonra vəziyyət müsbət mənada dəyişdi. Keçmiş DQMV ərazisində yeni iş yerləri, Xankəndidə ali məktəb açıldı. Kənar rayonlardan azərbaycanlılar Qarabağa işləməyə gəldilər, həmçinin azərbaycanlı gənclər Xankəndidəki ali məktəbdə təhsil almağa başladılar. Bu da keçmiş DQMV-də azərbaycanlıların rolunun artmasında vacib amil oldu. Deputat qeyd edib ki, sovetlər dönəmində ulu öndər Heydər Əliyev bir neçə dəfə Şuşaya səfər etməklə hər kəsə sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır.

E.Məmmədov qeyd edib ki, gənclər keçmişimizi heç vaxt unutmamalı, tariximizi dərindən öyrənməlidirlər. Çünki keçmişini unutmayan, tarixini bilən xalq öz gələcəyini daha uğurlu qura bilir.

YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib. Ulu Öndərin müstəsna xidmətlərinin hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacağını qeyd edən V.Novruzovun sözlərinə görə, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, ulu öndər Heydər Əliyevin zəngin irsinin hər zaman öyrəniləcəyini vurğulayıb. YAP Veteranlar Şurasının üzvü Ümummilli Liderin ölkəmizin inkişafı istiqamətində başlatdığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Tədbirdə Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənov çıxış edərək ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.

Daha sonra YAP Veteranlar Şurasının üzvləri gənclərin suallarını cavablandırıblar.

 

kaynak:http://yap.org.az/az/view/news/72426/heyder-eliyev-ili-cherchivesinde-yap-veteranlar-shurasinin-uzvlerinin-genclerle-gorushu-kechirilib

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.