Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Parisdə keçirilən “Assosiasiyalar Forumu”nda Azərbaycana qarşı erməni təxribatının qarşısı alınıb

Parisdə keçirilən “Assosiasiyalar Forumu”nda Azərbaycana qarşı erməni təxribatının qarşısı alınıb
REKLAM ALANI
20.09.2023
A+
A-

 

 

 

Parisdə keçirilən “Assosiasiyalar Forumu”nda Azərbaycana qarşı erməni təxribatının qarşısı alınıb

2023
Parisdə keçirilən “Assosiasiyalar Forumu”nda Azərbaycana qarşı erməni təxribatının qarşısı alınıb
Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) Parisin 15-ci rayonunun meriyasının qarşısında keçirilmiş ənənəvi “Assosiasiyalar Forumu”nda uğurla iştirak edib.

 

 

 

 

Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini əks etdirən kitablar, milli əşyalar, geyimlər, xalçalar və mətbəx nümunələri nümayiş etdirilib. Fransız dilində Azərbaycan həqiqətlərindən bəhs edən kitablar Heydər Əliyev Fondu tərəfindən nəşr olunub.

 

 

 

 

Tədbir çərçivəsində Azərbaycan musiqisi səsləndirilib və diaspor fəalı Dilbər Yüzbir milli rəqslərimizi təqdim edib. Qeyd edək ki, Dilbər Yüzbir bu ilin avqustunda Naxçıvanda gerçəkləşdirilmiş “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı olub.

Azərbaycan guşəsini ziyarət edən yerli sakinlərə ölkəmiz, mədəniyyətimiz barədə ətraflı məlumatlar verilib və qonaqların sualları cavablandırılıb. Guşəmizi ziyarət edənlər arasında 15-ci rayonunun meri Filip Qujon, 12 və 15-ci rayonun deputatları olub.

Eyni zamanda Azərbaycan guşəsinin qarşısında merin erməniəsilli köməkçisi Anouch Toranianın təxribatının qarşısı alınıb. Bir nəfər fransalı həmkarının müşayiəti ilə soydaşlarımıza yaxınlaşan Toranian dava salaraq, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvlərini təhqir edib, ölkəmizə dair nalayiq sözlər işlədib və guşəmizi dağıtmağa çalışıb.

 

 

 

Xatırladaq ki, “Assosiasiyalar Forumu” hər ilin sentyabr ayında keçirilir. Çoxsaylı assosiasiyaların qatıldığı tədbirdə Fransa paytaxtında yaşayan xalqların nümayəndələri öz mədəniyyətlərini təşviq edir, il ərzində planlaşdırdıqları mədəniyyət proqramları haqqında yerli sakinləri məlumatlandırırlar.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/parisde-kecirilen-assosiasiyalar-forumu-nda-azerbaycana-qarsi-ermeni-texribatinin-qarsisi-alinib-3465

 

 

REKLAM ALANI